Xalq artistinin səhhəti pisləşdi

21.01.2016 13:27     Artreaksiya     2206

Xalq artisti Əlibaba Məmmədovun səhhəti pisləşib. 

"Reaksiya" ölkə.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlərə görə bir aydır evdən bayıra çıxa bilmir:

"Çox bərk xəstələnmişəm. Bir aydır beləyəm, heç kimə də demirəm. Evdən də bayıra çıxmıram. Ancaq uşaqlarım, gəlinim mənə baxırlar. Ayaqlarım şişib, həkimlər də diaqnoz qoya bilmirlər. Görünür, yaşla əlaqədardır.

Artıq 87 yaşım var. Bir aydır müsahibə də vermirəm, efirə də getmirəm. İndi də tətildir deyə, dərsim də yoxdur. Həftədə iki dəfə dərsim olur. Onda da tələbələrim gəlib aparırlar".

Xatırladaq ki, Əlibaba Məmmədov hazırda Azərbaycanın ən yaşlı muğam ifaçısı hesab olunur.

Şərhlər