Mahnı Teatrının keçmiş solisti dünyasını dəyişib

27.01.2016 12:26     Artreaksiya     1538

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının keçmiş solisti, tarzən Əbülfət Şəkili (Məmmədrəhimov) dünyasını dəyişib.
 
Reaksiya xəbər verir ki, bu barədə "Report"a Mahnı Teatrının mətbuat xidmətindən məlumat verilib.
 
Uzun müddət xəstəlikdən əziyyət çəkən tarzən yanvarın 27-də vəfat edib. Mərhum doğulub, boya-başa çatdığı Şəkidə dəfn olunacaq. 
Xatırladaq ki, Əbülfət Şəkili R.Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının solisti olub. Tarda və sazda gözəl ifaları ilə musiqisevərlərin yaddaşlarında qalıb.

Şərhlər