Soyqırımı insanlara rəqs edərək izah etdi - VİDEO

27.01.2016 21:05     Artreaksiya     3425

Ausvixt-Birkenau düşərgəsindən xilas olan yəhudi Eva Fahidi soyqırımı rəqs edərək izah edib.

Almaniyada İkinci Dünya mühairbəsi zamanı yaşanan soyqırım Beynəlxalq Dünya Soyqırım Günündən əvvəl müxtəlif tədbirlərdə yad olunur. 90 yaşındakı yəhudi əsilli Eva Fahidi Ausvixt düşərgəsində 2 il ərzində yaşadıqlarını səhnələşdirib.

Macarıstanın Debrecen şəhərində yaşayırdı. Bütün ailəsi ilə birlikdə Ausvixt-Birkenau düşərgəsinə aparıldı. Ancaq ailəsindən xilas olan olmasdı. Eva yaşadığı ən dəhşətli xatirələri 2004-cü ildə nəşr etdirdiyi kitabında yazıb.

Macarıstanda yaşayan yəhudi əsilli qadın soyqırımı rəqs edərək izah etməyə çalışdığını söyləyib:

"Nəvəm tamaşaya gəldi, özündən getmişdi. Çox kövrəldi. Bunu izah etməyə çalışdım: təkcə danışaraq əldə edə bilmədiyimiz insanlar var. Rəqslə, jest və mimika ilə özünüzü ifadə edə bilərsiniz. Mən də məhz bu cür özümü təqdim etdim".

Bu il beynəlxalq Ausvixt komitəsi bədii bir mesaj verməyə çalışıb. Həyatda qalanlar incəsənət sayəsində fərqindəlik yaradaraq o dövrdə yaşananları səhnələşdirib. Nasist Almaniyası dövründəki vəhşilik incəsənətlə çoxlu sayda insana çatdırılıb.

"Qorxulardan arındırılan bu rəqs böyük bir həyat istəyinə və empatik hərəkətlərə çevrildi. Miqrant böhranı kimi bir çox siyasi böhranla boğuşan və cəsarətini itirənlər üçün bir ümid işığı olduq".

Eva Fahidi düşərgəyə aparılanda 18 yaşında idi. Xatirələrində düşərgənin həkimi olan Josef Mengelenin bir barmaq işarəsiylə müqəddəratının həll olunduğundan danışır: “Sağa gedənlər zorla işlədilir, sola gedənlər isə qaz kameralarına aparılırdı. Məndən tələb etdilər ki, sağa gedim” -sözləri ilə yaşadıqlarını izah edir.

Xoreoqrafiyaları həyata keçirmək üçün Budapeştdə reka Szabonun "İfadə olunan fikirlər" adlı rəqs qrupunun dəstəyi alınıb.

"Nəticə mənim gözlədiyimdən də möhtəşəm alındı. Bu qədər insanın hissiyatına sahib olacağımı heç düşünməmişdim. Bu qədər az bir jestlə nə qədər çox şey ifadə edə bildiyimizi görmək bizi çox çaşdırdı".

Ausvixt düşərgəsindən xilas olmağı bacaran 90 yaşındakı Eva Fahidi ilə davam edəcək "Dəniz lavantası" adlı tamaşa Almaniyanın bir çox şəhərləri ilə yanaşı, dünyanın fərqli yerlərində də nümayiş etdiriləcək.

Şərhlər