Nazarbayevin qızı Azərbaycanda film çəkib - VİDEO
29.01.2016 15:25 Artreaksiya 3020
Qazaxıstanın Almatı vilayətində "Anaya aparan yol" bədii filminin çəkilişləri başa çatıb.
"Report" məlumat verir ki, film aclıq, II Dünya müharibəsi və həbs düşərgəsi həyatı yaşayan qazaxın taleyindən bəhs edir. Filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva, rejissoru isə Akan Satayevdir.
Ekran əsərinin çəkilişlərinə 2015-ci il fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib.
Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub.
"Dneprin alınması" döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub.
Filmin çəkilişləri ilə məşğul olan insanların ümumi sayı 2 min nəfərdən çox olub.
Şərhlər