"Cındır, "piyanska" Aygünün kül başına olsun" - İlhamə

03.02.2016 14:44     Artreaksiya     2832

Xalq Artisti İlhamə Quliyeva ilə həmkarı Aygün Kazımova arasında qalmaqal səngimək bilmir.

Aygün Kazımovanın İlhamə Quliyeva haqqında səsləndirdiyi son fikirləri İlhamə Quliyeva qəh-qəhə ilə qarşılayıb. 

BiG.AZ-a açıqlama verən İlhamə Quliyeva qeyd edib: 

"O ruhi xəstədir. Anam həyatı boyu yıxılmayıb. Anam tamam başqa şeydən rəhmətə gedib. Günahdı, kül onun insan başına. İnsan nə qədər vicdansız, şərəfsiz olar?! Prezident məni o qədər çox istəyir ki, mənə 2 dəfə ev də verib, bağ da verib... Hər şey də verib. Nə üçün yanırsan?! Bu şər, böhtanlara görə, məhkəmə onun başına oyun açacam. Onun qarnının ağrısı Natəvanla barışmağımdır. Min dəfə yanıma gəlib, ayağımın altına düşüb. Adamlar siyahısına qoyur özünü... Yazıq adamdır. Allah onun ağlına şəfa versin. Anam üçün 8 ildir ağlayıb, gəzirəm. Cındır, "piyanska" Aygün yenə danışıb. Qələt edir, başını daşan-daşa döyür. O bu qələtlərinə görə bir milyon təzminat ödəyəcək. Cavab verəcək. Hacı Məmmədov mənim dostum olub, bu gün də dostumdur. Sonra ?! Sənin nəyindi? Səndən nələr danışırlar?! İyrənirəm ondan. Çox mundar adamdı". 

Xatırladaq ki, Aygün Kazımova son açıqlamasında İlhamə Quliyevanı anasını döyüb-öldürməkdə ittiham edib. O, həmçinin İlhamə Quliyevanın oğlunun narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olduğunu deyib.

Şərhlər