Xalq artistinin keçmiş arvadı evli kişiylə 7 il eşq yaşayıb - VİDEO

11.02.2016 11:45     Artreaksiya     1947

"ONDAN BİR OĞLUM VAR"
 
Xalq artisti Brilliant Dadaşovanın bacısı və aktyor Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova ilə bağlı "Zuhal Topalla izdivaç" verilişində maraqlı anlar yaşanıb. 
 
Axşam.az-ın məlumatına görə, verilişə zəng edən Asif adlı kişi Sədaqətlə 27 il bundan əvvəl eşq yaşadığını bildirib. 
 
Kişinin canlı yayıma zəng vurmasına əsəbiləşən S.Dadaşova etiraflar edib. O, həmin kişidən bir övladının dünyaya gəldiyini bildirib:
 
“Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda hər şey bitib”.
 
Aparıcı Zuhal Topal “Asif bəy efirdə Sədaqət xanımı görəndə ürəyi gedib, xəstəxanaya aparıblar” deyə bildirib. 
 
S.Dadaşova ilə Asif arasında baş verənlər verilişin bugünkü buraxılışında geniş təqdim ediləcək.
 
Qeyd edək ki, S.Dadaşova “Zuhal Topalla izdivaç” proqramına Oqtay adlı bəy üçün namizəd olaraq qatılmışdı. Oqtay bəylə razılığa gələ bilməyən aktrisa verilişdə qalaraq iştirakını davam etdirib.

Şərhlər