Nazənin gəlinini məhkəməyə verdi - Nikahdan kənar uşaq qalmaqalı

13.02.2016 01:55     Artreaksiya     1681

Müğənni Nazənin Salayeva ilə oğlu Fəxrinin həyat yoldaşı arasındakı qalmaqal bir az da böyüyüb. 

Müğənninin gəlini Nazənini qeyri-qanuni uşaq dünyaya gətirməkdə ittiham edib. 

Reaksiya.info xəbər verir ki,bu barədə aznews.az-a danışan Nazənin bildirib ki, o, 16 il bir yerdə yaşadığı kişidən uşaq dünyaya gətirib: "16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?"

Nazənin onu da əlavə edib ki, bu gün oğlunun həyat yoldaşını və onun arxasında dayananları məhkəməyə verib. 

Xatırladaq ki, müğənni Nazəninin gəlini qayınanasını nikahdankənar uşaq dünyaya gətirməkdə ittiham edib: "Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar".

Şərhlər