Bülent Ərsoy: "Hamiləyəm..."
15.02.2016 15:09 Artreaksiya 1718
Bu nə qədər doğru xəbərdirsə, evlənməyim də o qədər ciddidir".
Bülənt Ərsoy evlənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. ANS PRESS-in məlumatına görə, ifaçı maraqlı açıqlaması ilə hər kəsi təəccübləndirib. İfaçı evlənmək fikrindən daşındığını deyib:
“Hamiləyəm. Bu nə qədər doğru xəbərdirsə evlənməyim də o qədər ciddidir. Evlilik dəftərini bağlamışam. Türkiyədə məni cəlb edəcək kişi yoxdur. ”
Bir müddət əvvəl Bülent Ərsoyun yenidən ərə gedəcəyi iddia olunub. "Söyləməzsəm Olmaz" verilişində Oya Aydoğan yaxın rəfiqəsi Bülənt Ərsoy haqqında canlı yayımda məlumat verərək hamını təəccübləndirib.
“Bülənt çox yaraşıqlı bir gənc oğlanla münasibətdədir və qısa zamanda evlənəcəklərini dəqiq bilirəm. Büləntin bu ərəfələrdə ağlında bir gəlinlik var və onu gəlinlik salonlarında axtarır”.
Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafələrində çıxmağa başlayıb.
1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişmə əməliyyatı ilə qadın olan bu müğənni indi də məhşur ifaçılar siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur.
İfaçı 2 dəfə evli olub. İlk dəfə 1998-ci ildə 20 yaşlı Cem Adler ilə evlənib.
2007-ci ildə Armağan Uzun ilə evlənib 4 aydan sonra ayrılıblar. Ərsoy, son olaraq özündən 38 yaş kiçik sevgilisi Berk Yılmaz ilə eşq yaşayıb
Şərhlər