Xalq artisti bacısının rüşvət qalmaqalından danışdı: "Ayıbdır"

15.02.2016 22:33     Artreaksiya     1515

Mənim sənətimə xələl gətirən nə varsa, oradan uzağam".

Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova bacısı Məleykə Kamilovanın rüşvət qalmaqalına münasibət bildirib. Sənətçi ANS PRESS-ə danışaraq bəzi saytlarda yayılan xəbərləri təkzib edib. 

 “35 ildir sənətdəyəm. Bu vaxta qədər adım qalmaqalda hallanmayıb. Mən sənətimi qoruyan adamam. Sənətimə xələl gətirən nə varsa, oradan uzaq qaçıram. Bizim sözümüz söhbətimiz olanda elə həll edirəm ki, el içinə çıxmır. Bacımın işdən çıxarılması normaldır. 11 ildir oranın müdürü olub. O olmasın başqası olsun. Burada nə var ki? Ömrü boyu orada işləyəsi deyil ki”. 

Xalq artisti əlavə edib ki, bu məlumatı eşidəndə çox pis olub:

“Guya mənim dilimdən belə söz yazılıb ki, rüşvət tələb olunub, onun üçün çıxıb. Bu barədə mənimlə heç kim danışmayib. Mümkün deyil ki, mən o sözü dilimə gətirim. Kim yayıbsa sübut etsin. Axı ayıbdır”.

Bəzi saytlarda məlumat yayılıb ki, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunub. Daha sonra qeyd olunur ki, buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunmasıdır. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılıb. 

Mələkxanım Əyyubova - "Mən necə bağban olaram"

Məleykə Kamilova isə qeyd edib ki, xəstə oğlu üçün işdən çıxıb. M. Kamilovanın sözlərinə görə, öz ərizəsi ilə işdən çıxıb. Məleykə Kamilova eyni zamanda gənc müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir. 

 

Şərhlər