Mahsun Qırmızıgülə ağır ölüm ittihamı

17.02.2016 12:27     Artreaksiya     1698

Prodüser Hilmi Topaloğlunun oğlu Volkan məşhur müğənni Mahsun Qırmızıgülü atasının ölümündə günahlandırıb.

 

Axar.az xəbər verir ki, Volkan Topaloğlu 2003-cü ildən - atasının ölümündən sonra ilk dəfə açıqlama verərək atasının Mahsun Qırmızıgülə şöhrət qazandırdığını, ancaq müğənninin atasına xəyanət etdiyini deyib.

 

Volkan atasının Mahsunu həmişə “nankor” adlandırdığını və məhz müğənniyə görə onun beynində xərçəng əmələ gəldiyini vurğulayıb. Onun sözlərinə görə, Qırmızıgül Hilmi Topaloğlunu öldürməyə cəhd edib:

 

“O, atam xəstə olanda halını soruşmayıb, axtarmayıb. Öləndən sonra yalandan özünü kədərli göstərən Qırmızıgül atam sağ ikən onun öldürülməsini istəyəcək qədər alçalmış bir insandır. O, hətta atamı öldürtdürmək üçün danışıqlar da aparıb”.

Şərhlər