25 illik ailəsi üçün 10 milyondan imtina etdi

19.02.2016 13:46     Artreaksiya     1507

Məşhur alt geyim markası "Victoria's Secret"in rəhbəri 10 illik işindən ayrılır.


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cester Törney işdən ayrılmasına səbəb kimi ailəsinə yetərincə vaxt ayıra bilməməsini göstərib. İldə 10 milyon dollardan çox pul qazanan Törney bu qərarından sonra yaxın zamanda övladlığa uşaq götürmək niyyətindədir.

Qeyd edək ki, Cester əri ilə 25 ildir xoşbəxt ailə həyatı sürdürür. Cütlüyün 21 yaşlı oğulları var.

Şərhlər