"Səndən oxuyan olmayacaq"
19.02.2016 14:24 Artreaksiya 1541
Müğənni Əli Mirəliyev ifaçıların son günlər çoxalmasından şikayətlənib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Bizimləsən” verilişində bədii şura yaradılmasını istəyib:
“Bizim gördüklərimizi indiki ifaçılar yaşamayıblar. Biz bədii şuradan çıxmış ifaçılarıq, pasportumuz var. Üzeyir Hacıbəyov kimi bəstəkarların mahnılarını bilənlər zəhmətkeş musiqiçilərdir. Fəxri ad almaq başqa şeydir, bu musiqini bilmək başqa. İndi müğənnilər hər gün artır. Buna səbəb də bədii şuranın olmamasıdır. Hamısı səhnədə oxuya bilmir, ədəbazlıq edir. Mikrafonu düz tutmurlar”.
Verilişə telefonla zəng edən Tacir Şahmalıoğlu Ə.Mirəliyevə söz atıb:
“Sizin ananıza qurban olum, gözəl fikir söyləyib. Heyif onun fikrinə əməl etməmisiniz”.
Ə.Mirəliyev anasının ona hər zaman “Səndən müğənni olmayacaq” dediyini etiraf edib:
“Tacir yaxşı və düz söz dedi. Anam deyirdi ki, səndən oxuyan olmayacaq. Amma bir gün evə gəlmişəm, görürəm anam radioya qulaq asır. Mən oxuduqca deyir, “Səsinə qurban”. Mənim eşitdiyimdən xəbəri yox idi. Məni görən kimi başladı ki, “O nə idi oxuyursan”.
Şərhlər