“Kim Zeynəb Xanlarovaya zəng edə bilər ki?”

19.02.2016 17:41     Artreaksiya     1357

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva solo konsertə hazırlaşır.

Konsert hazırlıqları ilə bağlı AzNews.az-a danışan sənətçinin sözlərinə görə, əlavə qonaqları da ola bilər:“Konsertdə tam fərqli repertuar olacaq. Repertuarda Xalq artisti Zeynəb Xanlarovanın mahnıları, aşıq mahnıları, muğam dəstgahı, türk klassikası, mərhum sənətkar Hacıbaba Hüseynovun mahnılarından səslənəcək. Ola bilsin ki, qonaqlar da olsun, amma onların kimliyindən xəbərsizəm. Bəlkə Zeynəb xanım bu dəfə də konsertə gələr, hələki bilmirik”. 

“Z.Xanlarovanın repertuarına müraciət edərkən özündən icazə almısınızmı” sualına isə E.Abdullayeva belə cavab verib: “Biz Zeynəb xanımın musiqiləriylə böyümüşük. Həmin mahnılara müraciət etdiyimə görə, Zeynəb xanımdan icazə almadım. Zeynəb xanımın mahnıları sənətdir, bu üzdən onu oxumağı özümə borc bildim. Kim Zeynəb xanıma zəng edib ondan icazə ala bilər? Mən onun telefonuna necə zəng edə bilərəm, imkansızdır”. 

Şərhlər