Rüfət Əhmədzadə və Həmid Piriyev AYO-dan çıxdılar - Qopmalar başladı

02.07.2015 20:03     Artreaksiya     4548

Yazarlar təşkilat sədrinin sosial şəbəkədə işlətdiyi fikirlərə görə bu addımı atıblar

Azad Yazarlar Ocağının (AYO) iki üzvü, mətbuatda və sosial şəbəkələrdə imzaları yetərincə tanınan gənc yazarlar Rüfət Əhmədzadə və Həmid Piriyev ədəbi təşkilatın üzvlüyündən istefa veriblər.

Reaksiya.Az-ın məlumatına görə, buna səbəb AYO sədri Namiq Hüseynovun sosial şəbəkələrdə bakılıları təhqir edən bir statusu dəstəkləməsi və bakılıların ünvanına xoşagəlməz fikirlər səsləndirməsi olub. 

İstefa verən yazarlar AYO sədrinə bu cür fikirləri yaraşdırmadıqlarını və yerlibazlığın azad sözə, azad yazarlıq əqidəsinə uyğun gəlmədiyini bildiriblər.

"Mən Namiq Hüseynovdan pislik görməmişəm, dost kimi çətin zamanda yanımda olub, dəstək verib. Dostluğumuz yerində qalacaq - əgər fikirlərinə korreksiya etsə. Lakin istər bakılı, istər gəncəli, istərsə də başqa regiondan olan insanlara qarşı belə yanaşma yolverilməzdir. Şəxsən, ədəbi fəaliyyətimi bundan sonra müstəqil aparmağı qərara almışam"., - deyə Rüfət Əhmədzadə qeyd edib.

Şərhlər