Günaydan Eltona cavab: - "Əsl üzünü göstərdi" - VİDEO

22.02.2016 13:05     Artreaksiya     1460

Müğənni Günay İbrahimli həmkarı Elton Hüseynəliyevin ünvanına sərt sözlər deyib.


Reaksiya.info-nun  Axşam.az-a istinadən məlumatına görə, E.Hüseynəliyevin sənətçi haqqında dediyi “Bu qızın öyrənməyə çox şeyi var. Sənətdə hələ sözünü deməyib” sözlər qarşı tərəfi özündən çıxarıb.

G.İbrahimli “ATV maqazin onlarla” verilişində ifaçıya xəbərdarlıq edib: 

“Mən o insanı 6-7 aydır görmürəm, mənlə problemi var? Tərbiyəm icazə vermir ona öz sözlərimlə cavab verim. Heç bir kişi müğənni mənə rəqib deyil. Xatırladım ki, 5-6 ay əvvəl efirdə mənə “xanım” deyə müraciət edən, səsimi bəyənən müğənni əsl üzünü indi göstərdi. Xanımlığıma şübhə edənlərə demək istəyirəm ki, getsin öz problemini həll etsin. Kiminsə acığını məndən çıxmağa haqqı yoxdur. Kiməsə icazə vermirəm ki, efirə çıxıb haqqımda danışsın. Kişi problemi kişi ilə həll etsin. Eltonun özünə zəng vurub sözümü demək istəyirdim. Amma həmişəki kimi telefonu bağlıdır. Mənə isə 24 saat zəng çatır, yığıb sözünü deyə bilər".

Şərhlər