Yaşar Nurinin SON ETİRAFI: - “Ölümündən üç gün qabaq…”
22.02.2016 14:56 Artreaksiya 1468
Xalq artisti Yaşar Nurinin xanımı mərhum aktyorun son etirafından danışıb.
Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, aktyorun ömür-gün yoldaşı Rəhimə Nuriyeva ATV-nin “Bir sevgi tarixçəsi” verilişində bunları deyib:
“Ölümündən üç gün əvvəl Yaşar mənə dedi ki, gəl, gözümün qabağında əyləş. Mənsiz bir dəqiqə də dayana bilmirdi. Son vaxtlar bir-birimizə olan sevgimiz daha da artmışdı. Onun qarşısında oturdum. Sonra da qızıma dedi ki, vaxtilə işlərimin çoxluğu səbəbindən, ananıza az diqqət göstərmişəm. Çalışın, mənim ona verə bilmədiklərimi siz ananıza verin”.
Rəhimə xanım yeni ailə qurduğu vaxtlardan da danışıb:
“Yaşarla yeni ailə qurduğumuz vaxtlarda onun xasiyyətini götürdüm. Əvvəldən mənə demişdi ki, bu sözləri yadında saxla: “Karam, lalam, koram”. Bir dəfə də olsun, onun yanında “dığ-dığ” etmədim, ona “hardasan?” sualını vermədim. Buna görə də, Yaşarın ən çox əzizləndiyi, sevildiyi yer evi idi”.
Şərhlər