"Anasının duasını almayan xoşbəxt ola bilməz" - Kıvançın anası
22.02.2016 15:10 Artreaksiya 1673
Aktyor Kıvanç Tatlıtuğun Başak Dizerlə Parisdə baş tutan toyuna anasının qatılmaması haqda söz-söhbət bitmir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Nurten Tatlıtuğun oğlunun özündən 3 yaş böyük və bir dəfə evli olmuş Başakla evliliyini qəbul etmədiyi deyilir. Toyu telefondan 3G vasitəsi ilə izləyən qadın mərasimdə iştirak etməməyini səhhəti ilə əlaqələndirərək mediadan başqa şeylər yazmamalarını xahiş etmişdi. Eyni zamanda Kıvanç da səslənən iddiaların doğru olmadığını vurğulamışdı.
Lakin Nurten Tatlıtuğ toydan iki gün əvvəl "anasının duasını almayan xoşbəxt ola bilməz", "anandan başqa heç kim sənin həyatın yaxşı olsun deyə, göz yaşı tökməyəcək" sözləri yazılan fotoları paylaşaraq hər kəsi təəccübləndirib. Toydan bir gün əvvəl isə qayınana zarafatı edilən kaktus fotosu paylaşıb.
Şərhlər