Xocalı faciəsi Gənc Tamaşaçılar Teatrında
23.02.2016 10:42 Artreaksiya 1378
Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı fasiəsinə həsr edilən tamaşa nümayiş etdiriləcək.
Reaksiya.info-nun Axşam.az-a istinadən məlumatına görə, Gənc Tamaşaçılar Teatrında Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanan “Arzu və Murad” tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcək.
Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edilir.
Şərhlər