Əməkdar artistin efirdə halı pisləşdi
23.02.2016 11:19 Artreaksiya 1493
Əməkdar artist Sabir Məmmədovun canlı yayımda halı pisləşib.
Axşam.az-ın məlumatına görə, aktyor “Hər axşam” verilişinə qatılıb, yarıdan sonra isə o görünməyib.
Aparıcı Azər Axşam S.Məmmədovun təzyiqinin yüksəldiyini deyib:
“Hamı narahat oldu ki, Sabir müəllim niyə efirdə yoxdur. Təzyiqi qalxıb, ona görə efirdən çıxdı. Həkim cağırmışıq, müayinə edirlər”.
A.Axşam S.Məmmədovun efirə qayıdacağını desə də, aktyor sona qədər görünməyib.
Şərhlər