10 dəqiqədə boşandılar...

24.02.2016 13:31     Artreaksiya     1529

2005-ci il "Miss Turkey" birincisi Hande Subaşı və həyat yoldaşı Can Tursan rəsmi şəkildə boşanıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, vəkillərin iştirak etdiyi məhkəmə sadəcə 10 dəqiqə davam edib.

Tərəflər qarşılıqlı razılaşma əsasında boşanmaq istədiklərini bildiriblər. Boşandıqdan sonra məhkəmə salonundan birgə ayrılan ikilinin keflərinin pozulduğu hiss olunub. Hande jurnalistlərin suallarını cavablandırmayıb.

Şərhlər