Bu mağaza kitabları 50 faiz endirimlə satacaq - Bakıda
03.07.2015 13:03 Artreaksiya 2502
Bakıda ən böyük kitab mağazası kimi tanınan "Kitabevim.Az" marketi yay aylarında kitab satışına 50 faiz endirim tətbiq edəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə Senet.az-a müsahibəsində adıkeçən kitab marketinin icraçı direktoru Emin Sadıqov deyib.
O, endirim olunacaq kitabların siyahısını da açıqlayıb: “ Bu endirim rus, türk, ingilis və yerli kitablara şamil olunacaq. Yalnız müəllif kitablarına və nəşriyyat kitablarına 50 faizlik endirim edə bilməyəcəyik. Bilirsiniz ki, nəşriyyatlar və müəlliflər mağazalara kitabları üzərində olan qiymətdən 25-30 faiz aşağı verirlər. Belə olduqda həmin kitabları bu kompaniyaya aid etmək çox çətin olur. Keçən il bütün mağazaya 30 faizlik endirim elan etmişdik. Onda müəllif kitabları da ora daxil etdik. Amma bu kampaniyada müəllif kitablara endirim tətbiq etmək imkan olmayacaq. Sentyabrdan isə yenidən Kitabevim.az-da 25-30 faiz endirimlər edəcəyik".
Market rəhəri kampaniyanın dəqiq başlama tarixinin hələ müəyyən edilmədiyini, tezliklə açıqlanacağını əlavə edib.
Şərhlər