Xalq artistinin zəhərləndirilməsi ehtimalı var

25.02.2016 16:33     Artreaksiya     1452

“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.
 

Reaksiya.info  “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib. O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.

Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Şərhlər