İlhamə Quliyevanın oğlu - “Elgiz Əkbər vəsiyyətlə bağlı yalan danışır”
26.02.2016 13:14 Artreaksiya 2407
“Anamın vəsiyyəti barədə xəbəri ilk dəfə olaraq Elgiz Əkbərdən eşitdim. Yalan söhbətdir. Anamın vəsiyyəti vəkildədir. Lazım olan halda bunu açıqlayacağıq”.
Publika.az xəbər verir ki, bu sözləri xalq artisti İlhamə Quliyevanın vida mərasimində olan oğlu Orxan Nadirov söyləyib.
O, anasının vəsiyyəti ilə bağlı danışılanları əsassız sayıb. O. Nadirov dünən anasının evi qarşısına toplaşan media mənsubları ilə aqressiv davranışına görə jurnalistlərdən üzr də istəyib
Şərhlər