Xalq artistinin qızından açıqlama - "Vəziyyəti kritikdir"

27.02.2016 01:40     Artreaksiya     1698

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhəti ağır olaraq qalır. 

Axşam.az xəbər verir ki, bu barədə azvision.az-a xalq artistinin qızı Mehriban Ələsgərova bildirib. Onun sözlərinə görə, həkimlər Sabir Ələsgərovun qan təzyiqini normallaşdırmağa çalışırlar:
 
“Atam reanimasiya şöbəsindədir. Yanına çox adam buraxılmır. Vəziyyəti hazırda kritikdir. Həkimlər onun qan təzyiqini normallaşdırmağa çalışırlar”.
 
Qeyd edək ki, Sabir Ələsgərov böyrəklərində yaranan problemlə əlaqədar fevralın 24-də 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Şərhlər