Məşhur türk serialı gözlənilmədən bitir

29.02.2016 15:26     Artreaksiya     1434

Böyük ümidlərlə mövsümə başlayan "Gecenin kraliçesi" final edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, böyük büdcəylə çəkilən, baş rollarında Məryəm Uzerli və Murad Yıldırım olan serial reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyib.

"Möhtəşəm yüz il"dəki "Hürrəm Sultan"la geniş auditoriya sevgisi qazanan Məryəm də keçən həftəki açıqlamasında 3 il sonra ekranlara bu serialla dönməsini "səhv" adlandırmışdı.

Layihənin rəhbəri olan şirkətin qərarına əsasən, serial aprelin 5-də, 13-cü seriya ilə ekranlara vida edəcək.

Şərhlər