İlhamədən sonra özünə titul verdi
29.02.2016 23:44 Artreaksiya 1804
Mən şou-biznesin Kleopatrasıyam. Biri var özün özünə bu adı verəsən – bu, gülməli çıxar. Biri də var, bu adı sənə insanlar verir.
Əməkdar artist Mətanət İsgəndərli şou-biznesdəki titulu haqda “ATV maqazin onlarla” verilişində danışarkən deyib. O, 20 ildən çoxdur ki, bu adla çağırıldığını bildirib:
“20 ildir məni bu adla çağırırlar. İlk solo konsertimdə Kleopatra obrazında fotosessiyam oldu. Əvvəldən bilmirdim ki, afişalarda bu fotolarla təqdim ediləcəyəm. Konsertdən sonra səhnəyə Kleopatra kimi çıxmaq təklifləri gəldi. Yalançı ilan da tapıb gətirdilər ki, boynuma dolayım. Hətta onu da deyim ki, ilk Hürrəm Sultan obrazı da mənə aiddir. Sonradan dəb halını aldı. Bundan sonra yəqin, özünə Kleopatra deyənlərin də sayı çoxalacaq”.
Axar.az
Şərhlər