"Məni işə götürməyən telekanal rəhbərləri indi..." - Kənan
01.03.2016 17:06 Artreaksiya 1513
“Diplomum qoltuğumda çox telekanalın qapısını döymüşəm. Başıma yağış yağa-yağa qabağında boynubükük dayanmışam. Onlardan biri də ABA idi”.
Axşam.az-ın məlumatına görə, bu sözləri rejissor Kənan M.M. “Stop” verilişinə açıqlamasında deyib:
“İşə düzəlmək şansım sıfır idi. Müraciət edirdim, deyirdilər ki, “Səni tanımırıq, necə işə götürək?”. Sən mənə şans ver ki, nəsə göstərim. İllər keçdi, məni kanallarına işə götürməyən telekanal rəhbərləri məni baş rejissor kimi işə dəvət etdi. Onda da mən onlara yox dedim. Rejissorların əlində qalmayım deyə, rejissor oldum".
Kənan şairlik qabiliyyətindən bəhs edib:
"Şeiri yazıram, paylaşıram suallar başlayır: "Kimə yazmısan?". Sənə nə var? Sən şeiri oxu. Bu mənə çox təsir edir. İlk şeirimi Nüsrət Kəsəmənliyə aparmışdım. Dedi ki, sən davam et. Usdad bu sözü dedisə, mən kiməm davam edirəm".
Rejissor ona "özündənrazı" deyənlərə cavab verib:
"Deməsinlər ki, Kənan əxlaqsızdır, narkomandır, oğrudur. Qoy, özündənrazı desinlər. Bir az əsəbiyəm, bu da yaxşı deyil. Ola bilsin işıqforda sarıda keçə, kiminsə qəlbini qıra bilərəm. Tək bəyənmədiyim xüsusiyyətim budur".
Qeyd edək ki, Nail Naiboğlunun "Stop" verilişi "Chatbox"da yayımlanır.
Şərhlər