"Şəhidlərə “lənət” oxumaq hansı vicdana sığır?" - Nadir

02.03.2016 10:21     Artreaksiya     1629

“Ömür boyu məhkəmələrdən qaçmışam. Hətta bu addımı atanı da qınamışam. Çünki sabah üz-üzə gələcəyik. Amma bu dəfə özüm belə addım atmalı oldum”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi haqqında “Şəhidlərə lənət” oxuması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: 

“Hətta uşaq vaxtı qonşumuz qapımızı, pəncərələrimizi sındırmışdı. Atam yox idi, anam onu polisə vermək istəyirdi. Mən ayaqlarına düşdüm ki, etmə. Nadir sizə nə edib? Şəhidlərə “lənət” oxumaq hansı vicdana sığır? Mən heç onu yazanları tanımıram. Mən yazmışdım ki, Mehiban Hüeynovanın (İlhamə Quliyevanın keçmiş köməkçisi – red.) hərəkəti şəhid bacısına yaraşmaz. Vəkillə danışmışam, onu məhkəməyə verirəm, amma utanıram. Mən məhkəmədə gedib nə edəcəm? Mənə təzminat lazım deyil. Gəlib üzr istəyəcək... Jurnalist adına ləkə olan insanı tapıb, ifşa edəcəm. Əgər elə söz işlətmişəmsə, iki oğlumla birlikdə meyidim gəlsin. Lənət sizə olsun ki, şərəfsizliyə əl atırsınız”.

N.Qafarzadə sosial şəbəkədə ona təhqir yazan bir nəfəri də polisə şikayət etdiyini deyib: 

“İmişli rayonundan olan biri mənə sosial şəbəkədə söyüş yazmışdı. Tez onu tapdım və məhkəməyə verdim. Hazırda iş gedir. Belə insanları tapıb, camaata göstərmək lazımdır. Məni xoşlamayan izləməsin, söyüş yağdırmasın. Nə qədər “qara siyahı”ya atmaq olar. İnsan özü başa düşməlidir ki, sevmədiyimi niyə izləyirəm? Bezmişəm təhqir yazanlardan”.

 

Şərhlər