İlhamə Quliyevanın oğlu: “Əli Mirəliyevin nə danışması mənə maraqlı deyil”

02.03.2016 11:50     Artreaksiya     1628

Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirasının oğluna yox, dövlətə qalacağı ilə bağlı açıqlama verib.  

Bu məsələyə xalq artistinin oğlu Orxan Nadirov Teleqraf.com vasitəsilə münasibət bildirib: “Hazırda  mal-mülk düşünəcək vəziyyətdə deyiləm. Allah Əli Mirəliyevin canını sağ eləsin, yaşlı adamdır danışıb. O anamın qohumudur. Onunla münasibətim normaldır və mən özümdən böyüklərə hörmət etməyi bacarıram. Amma böyük də özünə hörmət qazanmağı bacarmalıdır. Düzü, Əli müəllimin bu cür açıqlama verməsinin səbəbini bilmirəm. Əslində, Əli Mirəliyevin bu cür danışması mənə maraqlı da deyil.  Mənə maraqlı olan anamın baş daşının 40 mərasiminə qədər hazır olmasıdır”.  

Əli Mirəliyev “Yeni Müsavata”a bildirib ki, İlhamə Quliyevanın bütün mirası oğulluğuna yox, dövlətə qalacaq: “Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb.  Gah deyirdi evi orduya verəcəm, gah deyirdi yox, nəvəm var, ona verəcəm. Bir az müəmmalı oldu. Mirasının hamısı dövlətə qalacaq”.

Şərhlər