Müğənnilərin “ər dava”sı böyüyür – İşə Ali Məhkəmədə baxılacaq
04.03.2016 21:32 Artreaksiya 1884
Müğənni Nazəninin əri Məhəbbət Həsənovla Təranə Qumral arasında olan məhkəmə prosesi Ali Məhkəmədə davam etdiriləcək.
Təranə Qumralın vəkili Vasif İsrafilov məlumat verib. Vəkil bildirib ki, M.Həsənovun Təranə Qumrala qarşı qaldırdığı iddia saxtadır: “Belə bir iddia təmin oluna bilməz, qərəzdir. İşin içində heç bir sübut yoxdur ki, bunu Təranə xanım yazıb. Yəni, Təranə xanıma aid olmayan bir İnstaqram səhifəsində yazı yazılıb. Məhkəmə Məhəbbət müəllimin dostuna, yaxud da onun daşıdığı vəzifəyə görədimi, deyə bilmərəm, ona üstünlük verəkək xeyrinə qərar çıxarıb. Bizim də kassasiya şikayəti vermək hüququmuz var. Ümid edirik ki, ölkənin ən böyük orqan sistemi olan Ali Məhkəmə ədalətli qərar verəcək, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edəcək”.
Vəkil əlavə edib ki, diqqət çəkən məqamlardan biri də qarşı tərəfin məhkəmə proseslərində iştirak etməməsidir: “Onların prosesə gəlməməsi əvvəldən işin həll olunduğunu ortaya qoyur. Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarda göstərilib ki, Təranə xanım üzr istəsin. Axı onun İnstaqram səhifəsi yoxdur. O, necə üzr istəyə bilər? İcrası mümkün olmayan məsələdir”.
Vəkil Təranə Qumralın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddiasını da cavabsız buraxmayıb:“Yaşayarıq, görərik. Biz bu prosesi udacağıq”.
Qeyd edək ki, müğənni Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarından (5 min manatlıq cərimə) narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Bakı Apelyasiya Məhkəməsi isə martın 3-də prosesə baxaraq bu məbləği azaldıb 3 minə endirməsi ilə bağlı qərar verib.
Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişindən başlayıb. T.Qumral verilişdə Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırıb.
Aznews.az
Şərhlər