Azərbaycanın tanınmış aktyoru dünyasını dəyişdi

07.03.2016 19:44     Artreaksiya     1775

Arif Qasımovun vəziyyəti qəflətən pisləşib.

Azərbaycanın qocaman aktyoru və rejissoru Arif Qasımov bu gün dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, aktyorun vəziyyəti qəflətən pisləşib. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Arif Qasımov 1950-ci ildə Bakıda anadan olub. İndiyə kimi 38 filmə çəkilib. 1968-ci ildə orta məktəbi bitirib. 3 il sonra 1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olub. A.Qasımov tanınmış aktyor Fəxrəddin Manafovla bir yerdə təhsil alıb.

Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirib. Ağasadiq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilib. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləyib. 

Allah rəhmət eləsin! 

 
Aktyor-rejissor Arif Qasımovun çəkildiyi filmlər
Aktyor-rejissor Arif Qasımovun çəkildiyi filmlər

 

Şərhlər