"Verilişə çağırırlar, mənasız sual verirlər" - Məleykə əsəbiləşdi
09.03.2016 15:28 Artreaksiya 1575
Xalq artisti Məleykə Əsədova haqqında yayılan dedi-qodulardan bəhs edib.
Axşam.az-ın məlumatına görə, aktrisa “Hər şey daxil” verilişində haqqında yayılan yalan xəbərlərdən şikayətlənib:
“Verilişə çağırırlar, mənasız sual verirlər. Mən illərimi sənətə vermişəm. Sənət qalır, başqa mövzuda danışırlar, yazırlar. Olmaz bizim haqqımızda belə etmək. Biz sənəti təbliğ etməliyik. Hər bir insanın şəxsi həyatı var. Günahsız təkcə Allahdır. Amma bunu qabartmayın. Hamıya gözəl baxın. Biz – aparıcılar, aktrisalar bir kollektivik, özümüzə hörmət etməliyik. Belə halda jurnalistlər də bizə hörmət qoyacaq. Haqqımda yalan xəbər görəndə çox əsəbiləşirəm. Reytinq söhbəti sənəti aşağı salır. Sənəti olmayan, özünü ucuz reklam edənlər az deyil".
Şərhlər