"Afaq Bəşirqızının müalicəsi dövlətin nəzarətindədir"
11.03.2016 13:43 Artreaksiya 1502
Reaksiya.info Report.az-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Teatr Xadimləri İttifaqında keçirilən "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində" mövzusunda elmi-praktiki konfransında etdiyi çıxışında səsləndirib.
Ədalət Vəliyev xalq artisti Afaq Bəşirqızının əməliyyat edildiyini vurğulayıb və vəziyyətinin hazırda yaxşı olduğunu diqqətə çatdırıb.
"Afaq Bəşirqızının sağlamlıq durumu hörmətli Mehriban xanım Əliyevanın nəzarətindədir. Afaq xanım böyük sənətkarımızdır. Onun tezliklə tam sağalmasını arzu edirik".
Şərhlər