İlhamənin mirası haqda vəkildən yeni - AÇIQLAMA

14.03.2016 16:15     Artreaksiya     1673

“Hazırda İlhamə Quliyevanın mirasına nələrin daxil olması barədə hüquq-mühafizə orqanlarına sorğu göndərməmişəm. Mirasa nələrin daxil olduğunu heç mən də bilmirəm. Miras hüquq-mühafizə orqanları tərəfindən qorunduğundan heç bir problem də yoxdur”.

Bunu Modern.az saytına mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun hüquqlarını müdafiə edən Habil Vəliyev deyib.

O, qeyd edib ki, tezliklə hər bir məsələ öz həllini tapacaq:

“Hazırda Orxan Nadirov anasının yas mərasimindədir, qırx çıxandan sonra hər şey öz həllini tapacaq.

Biz azərbaycanlıyıq, hazırda bu haqda danışmaq çətindir və rəhmətə gedən insana qarşı hörmətsizlikdir. Vəkili olaraq bildirirəm ki, bu məsələ öz həllini tapacaq və miras valideynlərindən övladına qalacaq. Orxan Nadirov İlhamə Quliyevanın oğludur və vərəsəlik hüququ da ona məxsusdur”.

Vəkil “mirasdan Əli Mirəliyevə də pay düşə bilərmi” sualına cavab olaraq onun adını çəkmək istəmədiyini bildirib:

“Mən heç kimin adını çəkmək istəmirəm. Amma yaxşı olardı ki, bu canfəşanlığı İlhamə xanımın yasında, gəlib-gedən qonaqların qarşılanmasında, yola salınmasında edəydilər. Kim nə düşünür düşünsün, özü bilər. Amma milli mentalitetimizdə ən azı qırx mərasiminə qədər ölənin var-dövləti, mülkü barədə düşünmək yaxşı əlamət sayılmır”.

Xalq artisti İlhamə Quliyeva fevralın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun oğulluğa götürdüyü Orxan Nadirovla münasibətləri rəsmiləşdirilmədiyindən mirasın kimə qalacağı ilə bağlı qalmaqal yaranıb. Bundan sonra İ. Quliyevanın mirasına hüquq-mühafizə orqanları tərəfindən həbs qoyulub. 

Xalq artistinin yaxın qohumu, müğənni Əli Mirəliyev xalq artistinin mirasının O.Nadirova deyil, dövlətə qalacağını açıqlayıb.

Şərhlər