"Mənim o adda qardaşım yoxdur" - Vidadi Bərdəlinin qızı
15.03.2016 17:01 Artreaksiya 1743
Müğənni Aytac Vidadiqızı bu gün qardaşının adam öldürməsi ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib.
Reaksiya.info-nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi elə bir qardaşının olmadığını deyib:
“Bu yalan xəbərdir. Mənim o adda qardaşım yoxdur. Atam dünyasını dəyişib. Onun ruhunu narahat etməyin. Bilmirəm, belə yalan xəbərləri kim çıxardır. Kimsə bilərəkdən məni və ailəmi narahat edirsə, haqqımı ona halal etmirəm. Mənim başım sənətimə qarışıb. Yeni mahnılar üzərində çalışıram. Ona görə də gündəmdə yoxam. Bu sakitliyimdən kimlərsə istifadə edib, haqqımda yalan xəbərlər çıxarır. Ayıb olsun”.
Qeyd edək ki, bu gün Bərdə rayonunun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib. Mediada qətli törədənin bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğlu olduğu xəbərləri yayılıb.
Şərhlər