Azərbaycanlı müğənninin qətl törədən oğlu ilə bağlı - yeni məlumat
17.03.2016 17:54 Artreaksiya 1619
2 gün əvvəl Bərdə rayonunda qətl törədən şəxs məhkəmə qarşısına çıxarılıb.
Rayon məhkəməsindən Lent.az-a verilən məlumata görə, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.
Qeyd edək ki, T.Allahverdiyev həmyerlisi, 24 yaşlı Məkan Rüstəmovu bıçaqlayaraq qətlə yetirdiyi üçün hadisə baş verən gün saxlanılmışdı.
Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.
T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Şərhlər