"Eurovision" səhnəsinə lüt çıxacaq

21.03.2016 20:28     Artreaksiya     1919

Belarus təmsilçisi səhnəyə vəhşi canavarları da çıxarmaq niyyətindədir.

Belarus təmsilçisi bu il "Eurovision" səhnəsində hamını şoka sala bilər. ANS PRESS-in məlumatına görə, İVAN ləqəbli ifaçı səhnəyə çılpaq çıxmaq niyyətindədir. Əsl adı Aleksandr İvanov olan müğənninin proddüseri Viktor Drobış deyib ki, o, səhnəyə çılpaq və vəhşi heyvanlarla birlikdə çıxacaq. 

"Bəli, Saşa səhnədə lüt olacaq. Orada canavarlar da olacaq.  Hər bir insan özünü hansısa heyvan totemi ilə eyniləşdirir. Bəzən biz onu daxilimizdə boğuruq, heç də hər kəs onunla üz-üzə gələ bilmir. Biz istəyirik ki, hər kəs insanla təbiət arasındakı bu nazik cizgini hiss etsin". 

Hələlik müsabiqə təşkilatçılarının bu ideyaya necə reaksiya verdikləri bəlli deyil. Bir şey bəlidir ki, vəhşi heyvanları heç kim asanlıqla səhnəyə buraxmayacaq. Ən azından buna xüsusi razılıq lazımdır. Müğənninin nümayəndələri də indi bu məsələni həll etməyə çalışırlar. 

Belarusun "Eurovisin" təmsilçisi
Belarusun "Eurovisin" təmsilçisi

Daha öncə də İVAN-ın nömrəsi və obrazı üzərində bir komandanın çalışdığı deyilirdi. İfaçı özü isə ciddi cəhdlə vokal dərsləri alır və ingilis dilini təkmiləşdirir. 

Belarus təmsilçisi müsabiqənin ikinci yarımfinalında çıxış edəcək. O, may ayının 12-də "Help You Fly" adlı mahnını ifa edəcək. İVAN özü bir müddət öncə "nömrənizdə hər hansı maraqlı an olacaq?" sualına belə cavab vermişdi. "Mən mistik abu havanı və səhnədə məndən başqa daha bir gözlənilməz personaj olacağını xüsusilə qeyd etmək istəyirəm. Sadəcə gözləyin və hər şeyi özünüz görəcəksiniz". 

İVAN və canavarı
İVAN və canavarı

 

Şərhlər