Çavuşoğlu: “Rusiya özünü cəzalandırdı”
23.03.2016 18:26 Artreaksiya 1552
Türkiyə Su-24 təyyarəsinin vurulması ilə bağlı özünü günahkar hesab etmir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TGRT telekanalına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə Rusiya özünü cəzalandırdı.
Bununla belə Çavuşoğlu deyib ki, son günlər Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşıb, amma münasibətlərin tam normallaşması yaxın vaxtlarda mümkün deyil.
“İndi hər şey normasında gedir. Rusiya bu gün daha sakitdir, amma hələ ki, müsbət addım admayıb. Kreml Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarla daha çox öz xalqını cəzalandırdı”, - Çavuşoğlu bildirib
Şərhlər