Cey Lo azərbaycanlının mağazasında 36 milyon dollar xərclədi
28.03.2016 14:11 Artreaksiya 3524
Dünya ulduzu həmyerlimizin butikinə baş çəkib.
Dünya şöhrətli aktrisa və müğənni Ceniffer Lopes Moskvada azərbaycanlı modelyer Aysel Trudelin “AİZEL” butikinə baş çəkərək, özünə geyim alıb. ANS PRESS-in məlumatına görə, ulduz aldığı geyimlərə təxminən 2,5 milyon rubl (36 milyon dollar) xərcləyib.
Dünya ulduzunun Moskvaya gəlməsinə səbəb rusiyalı mediamaqnat “Russneft” şirkətinin rəhbəri Mixail Qutseriyevin ikinci oğlu Səidin toyu olub. Toydan sonra 46 yaşlı sənətçi Moskvanı gəzərək ən məşhur butiklərdən olan““AİZEL””-ə baş çəkib. O, buradan "Nina Ricci"dən palto, "Michael Kors"danşalvar və yun köynək , "Marc Jacobs"dan isə isti krop-top alıb.
Ceniferin geyim siyahısında, həmçinin, "Veronique Branquinho"dan ipək və pambıq paltar kolleksiyası, "No.21"dən paltarlar, "Emm Kuo"dan klaç və"Anthony Vaccarello"dan assimetrik don yer alıb.
Dünya ulduzu daha sonra "Christian Louboutin" butikinə daxil olaraq, oradan iki əl çantası və 6 cüt dikdaban ayaqqabı alıb. Müğənni "Charlotte Olympia"butikindən isə 5 cüt ayaqqabı və 8 əl çantası alıb.
Uzun sürən şoppinqdən sonra yorulan müğənni-aktrisa əvvəlcə restoranların birində yemək yeyib, daha sonra isə istirahət üçün otelə yola düşüb.
Cenifer Lopez Moskvaya ötən gün gəlib. Onunla birgə digər dünya ulduzları - Beyonse, Enrike İqlesias, Elton Con, Stinq və Patrisia Kaas Mixail Qutseriyevin ikinci oğlu Səidin toyunda çıxış ediblər.
Ümumilikdə toyda 600 nəfərə yaxın qonaq olub. Qonaqları Qutseriyev şəxsən qarşılayıb və yola salarkən hədiyyələr təqdim edib.
Şərhlər