Muxtar Maniyev reanimasiyadan niyə birbaşa evə aparıldı?
28.03.2016 15:55 Artreaksiya 1421
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.
Aktyorun səhhəti nisbətən stabilləşsə də, həkim nəzarəti altında müalicəsini davam etdirir.
Bu barədə Publika.az-a xalq artistinin oğlu Tural Maniyev məlumat verib: “Atamın vəziyyəti nisbətən stabilləşdi və biz qərara aldıq ki, onu evə aparaq. Xəstəxanada qalmağın mənası da yoxdur. Ev şəraitində həkimlər onun səhhətini nəzarətdə saxlayacaq”.
Onu da öyrəndik ki, aktyor az-az qida qəbul edir, amma huşu tam aydın deyil.
M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı, bu günlərdə isə sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.
Şərhlər