İlhamə Quliyevanın oğlu: “Bunu eləməyə məcbur oldum” - FOTOLAR
01.04.2016 19:45 Artreaksiya 1837
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həyati təhlükəsi ilə bağlı rəsmi surətdə hüquq mühafizə orqanlarına müraciət edib.
Publika.az-a açıqlama verən O.Nadirov buna məcbur olduğunu bildirib: “Yazdılar ki, Orxanın meyidini qapının ağzında tapıblar. Mən bu xəbərdən sonra həyatımın təhlükədə olduğu qənaətinə gəldim. Mənim körpə uşağım var, bunu eləməyə məcbur oldum, polisə müraciət etdim, onlar da təhlükəsizliyimi təmin etdilər”.
O.Nadirov anasının vəkili Elmira Məmmədovanın xalası Gülbahar Quliyeva ilə bağlı söylədiyi fikirlərə də aydınlıq gətirib: “Anamın vəkili Elmira Məmmədova fikrini düzgün izah edə bilməyib. Mənim Gülbahar xala ilə problemim yoxdur. Anamdan sonra o mənim böyüyümdür. Əvvəl anamla məsləhətləşirdim, indi də onunla. O heç vaxt miras söhbəti etməyib”.
O. Nadirov yaxın qohumların deyil, kənar adamların miras davası etdiyini bildirib: “Qohumlarımız miras söhbəti etmir, amma heç vaxt üzünü görmədiyim və özünü qohum kimi təqdim edən insanlar ortaya düşüblər. Hətta göbələk kimi günü-gündən artırlar da. Mən anamın yanında olanda heç vaxt onları görməmişəm. Heç anam da tanımır. İndi ortaya düşüblər ki, biz yaxın qohumuq, mirasdan bizə də pay düşməlidir”.
Şərhlər