Rusiya Azərbaycana gələn müğənnidən 8 milyon tələb edir

01.04.2016 21:09     Artreaksiya     1661

İddiaya əsasən ifaçı müqaviləni pozub.

Dünya şöhrətli italyan müğənni Eros Ramazzotti Rusiyada konsertlərini ləğv etdiyi üçün 5 milyon avro (8 milyon 665 min AZN) təzminat verə bilər. ANS PRESS-in məlumatına görə, Rusiyada italyan müğənnin konsertlərini təşkil edən şirkətin vəkili Valeriy Panasyuk məlumat verib.

"Ramazzotiyə verilən qonorar da geri alınmalıdır"

Vəklinin sözlərinə görə, Ramazzoti müqavilənin qaydalarını pozub. Belə ki, Eros Ramazzotti Rusiyada 10 şəhərdə konserti olmalıdır. Lakin o, Rusiyaya hələ ki gəlməyib.

Vəkil ifaçıya verilən qonorarı da şirkətin geri qaytarmaq fikri olduğunu deyib.“Biz iddia ərizəsi hazırlamışıq. Bazar ertəsi ərizə Moskva Arbitraj məhkəməsinə veriləcək. Rusiyanın 10 şəhərində Ramazzottinin konserti planlaşdırılmışdı".

Eros Ramazzotti - "Rosa Nata Ieri"

Bir müddət əvvəl Heydər Əliyev Fondundan ANS PRESS-ə verilən məlumata görə, dünya şöhrətli italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək.

Musiqi albomları dünyada milyonlarla tirajla satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.

Eros Ramazotti - ifaçı
Eros Ramazotti - ifaçı

 

Şərhlər