Sabir Rüstəmxanlının qızının toyu oldu
17.04.2016 17:42 Artreaksiya 3664
Aydan müğənni Elçinlə ailə həyatı qurub.
Azərbaycanın xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının və Tənzilə Rüstəmxanlının qızı Aydanın toyu olub. Aydan müğənni Elçin Cəfərovla ailə həyatı qurub. ANS PRESS-in məlumatına görə, paytaxt restoranlarının birində baş tutan toy mərasimində ölkənin siyasət və mədəniyyət xadimləri iştirak ediblər.
Cütlüyün qız toyu olub. Oğlan toyu isə aprelin 25-də olacaq. Bundan öncə ifaçı açıqlamasında qız və oğlan toyunun birlikdə olacağını açıqlamışdı. Cütlüyün xoş günündən şəkillər və videolar sosial şəbəkədə yayılıb.
Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim və sabiq millət vəkilidir. S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.
Tənzilə Rüstəmxanlı isə Azəri Türk Qadınlar Birliyinin sədridir.
Şərhlər