"Ayda 90 manat maaş alıram" - əməkdar artist
22.04.2016 17:17 Artreaksiya 1951
“Ayda 90 manat maaş alıram. Bunu deməkdən də utanmıram. Yalandan gəlirimi çox deməyəcəm ki...”.
Reaksiya.info xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. O, aylıq gəlirindən danışıb:
“90 manatla gedib ev üçün bir az ərzaq alıram. 20-30 manatını da taksi üçün saxlayıram. Universiteti bitirdikdən sonra avtobusa minmirəm. Bu gün yumurtadan çıxan pul tələb edir. Mən heç vaxt getdiyim yerdə pul davası etmirəm. Amma heç vaxt ağlamıram. Elə olur ki, cibimdə 5 manat olur. Evin içində bilmirəm anayam, atayam, qardaşam. Amma kim yardım istəyibsə, geri çevirməmişəm. Borc alıb onu etmişəm. Əvəzində isə insanlardan pay görürəm. Məni xalqım saxlayır. Bir də görürsən rayondan toyuq, dovğa, qatıq göndərirlər".
M.Xanlarova caduya inandığıı bildirib:
“Mən nəzərə inanıram. Quranda da caduyla bağlı surə var. Bir nəfər deyirdi ki, istəsəm bir adamı 15 günə yataq xəstəsi edərəm, 7 aya öldürərəm. Mən caduya inanıram. Göz də, nəfis də var. Göz yıxan evi fələk də yıxa bilməz. Xatirə İslam “Maşın” şouda qayıtdı ki, “Sən “Jaguar” sürəndə biz heç nə bilmirdik”. Göz yıxır adamı”.
Aktrisa müğənni Kərim Abbasovla aralarındakı məhkəmə işindən danışıb:
“Məhkəməni uddum, iş icradadır. Üzr istəməlidir, başqa heç nə istəmirəm. Bir də min manat ödəməlidir. Bu pulu bir-iki xəstə insanlar var, onlara verəcəm”.
Şərhlər