"Gül" adlı satış sərgisi keçiriləcək

22.04.2016 19:09     Artreaksiya     1679

Gül Art-ın təşkilatçı dəstəyi ilə sizi 24 aprel 2016-cı il tarixində Azərbaycan Dövlət Rəssamlar İttifaqında Gül bayramı münasibəti ilə “Gül” adlı satış sərgisinə dəvət edirik. Sərgidə xanımlar və bəylərin əl işləri (gül dekorları, oyma, bijuteriya, bişmiş sabunlar, taxta oymadan musiqi alətləri, müxtəlif suvenirlər, tikmə, rəsm və s.) ilə yanaşı, xeyriyyə məqsədi üçün ayrılmış masalar da olacaqdır. Bu masalarda kimsəsiz uşaqlar və fiziki qüsurlu insanların əl işləri sərgilənəcəkdir. Sərgi bir gün saat 11.00-dan 19.00-dək davam edəcəkdir. Sərgidə hazırladıqları işlərlə iştirak etmək istəyən xanımlar və bəylər üçün qeydiyyat davam edir. Yerlər məhduddur.

Əlaqə nömrəsi: (055) 381-59-03 Gülüm xanım (layihə rəhbəri)

Qeydiyyat ünvanı: Azərbaycan Dövlət Rəssamlar İttifaqı

Qeydiyyat üçün əlaqə nömrəsi: (055) 3815903

Baxış üçün giriş pulsuzdur!

Şərhlər

Çox oxunanlar