Pop ulduzun nişan tarixi bilindi

01.05.2016 18:02     Artreaksiya     1676

Mərasim mayın 10-da baş tutacaq.

Türkiyənin pop ulduzu Murat Bozla aktrisa Aslı Ənvərin nişan tarixi bəlli olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nişan Aslının doğum günündə, yəni mayın 10-da baş tutacaq. Eyni evdə yaşayan aşiqlər evlilik yolunda ilk addımlarını atmağa hazırlaşırlar.

Cütlüyün nişan tarixinin bu qədər tez olmasına səbəb isə M. Bozun valideynləri ilə əlaqədardır. Belə ki, Muratın anası Nurten Bozun gəlinini çox sevməsi, pop ulduzun atası Cəfər Bozun isə "nəvə görmək üçün səbrsizlənirəm. Əlimdə səlahiyyətim olsa, onların nigahlarını bu dəqiqə kəsərdim" sözləri bu xeyir işi daha da sürətləndirib.

"Onların nişan günü Aslının ad gününə təsadüf edir"

Mayın 10-da baş tutacaq elçilikdə Murat Boz ailəsi ilə birlikdə özü də iştirak edəcək və həmin gün də üzüklər taxılacaq.

Bu ilin fevral ayında Murat Bozla aktrisa “Kardeşim benim” filminin çəkiliş meydanında başlayan dostluqlarının eşqə çevrildiyi barədə məlumat yayılıb. Yeni sevgili olan cütlük tez-tez Murat Bozun Maslakda yerləşən evində görüşüblər.

Elə həmin xəbər yayılan ərəfədə - fevralın 11-də A.Ənvər adıçəkilənfilmin təqdimatı üçün bakıya gəlib. Filmdə o, sevgilisi ilə birgə rol alıb. Murat Boz isə işlərinin çoxluğunu əsas gətirərək bu səfərdən imtina etmişdi.

Aktrisa bundan öncə bir dəfə evli olub. Lakin onun evlilik həyatı olduqca qısa sürüb. 

Murat Boz və Əsli Ənvər
Murat Boz və Əsli Ənvər

 

Şərhlər