Fəxrəddin Manafov keçmiş "sevgilisi" ilə görüşdü - FOTOLAR
04.05.2016 22:17 Artreaksiya 3514
33 ildən sonra tanınmış aktyorlar Fəxrəddin Manafov və Qalina Polskix Bakıda Heydər Əliyev Sarayının kulisi arxasında görüşüblər.
Reaksiya.info-Trend-ə istinadən bildirir ki, bununla da Heydər Əliyev Sarayı rusiyalı aktrisa üçün bu sürprizi təşkil edib.
Hər iki aktyor 1983-cü ildə tanınmış rejissor Rasim Ocaqovun "Park" filmində rol alıblar.
Görüş zamanı aktyorlar mehriban şəkildə söhbət ediblər və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Q.Polskixin ilk əri azərbaycanlı rejissor Faiq Həsənov olub. O, 1965-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.
Şərhlər