Xalça Muzeyində “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilib
08.05.2016 20:37 Artreaksiya 1673
Bu gün Xalça MuzeyindəŞuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilib.
APA-nın məlumatına görə,Mədəniyyət və Turizm NazirliyiAzərbaycan Xalça Muzeyinin Şuşafilialının hazırladığı “Naxışlarda yaşayan Şuşa” adlı tədbirin keçirilməsində məqsəd tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaqdır.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sukütla yad edilməsilə başlayıb. Daha sonra Xalça Muzeyinin direktoru Şirin Məlikova 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu təqdim edib. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov və Şuşa filialının keçmiş müdiri Hicran Əliyeva öz təəsüratlarını bölüşüblər. Tədbirin bədii hissəsində ı Mədəniyyət və Turizm Nazirliyi Şuşa Musiqili Dram teatrının aktyorları Şükufə Musayeva (Xan qızı Natəvan), Nazir Rüstəmov (Fətəli şah), Mətanət Eres (Ağabəyim ağa) və Rasəf Mehdiyevin (Molla Pənah Vaqif) iştirakı ilə, rejissor Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” adlı tamaşasından bir səhnə təqdim edilib. Yaşar Muradovun ifasında “Şuşa” mahnısı, Bəxşeyiş Mehdiyevin ifasında “Qarabağ şikəstəsi”, Teymur Məmmədovun ifasında isə Şuşaya həsr olunmuş şeir səslənib. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu Ağaniftulla Məmmədli “Şəhid arzuları” adlı mahnı ifa edib.Şuşa Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramovun “Şuşaxatirələri” adlı rəsm sərgisi də tədbir iştirakçılarına təqdim edilib. Sonda muzey bələdçiləri tədbir iştirakçılarını hazırda fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirən Şuşa filialının 3-cü mərtəbədə sərgilənən eksponatları ilə yaxından tanış edib.
Şərhlər