Səmra Rəhimli İsveçdə evlilik təklifi aldı - FOTOLAR

10.05.2016 19:00     Artreaksiya     3712

Bu barədə müğənni öz şəxsi səhifəsində yazıb.

"Eurovision 2016"da Azərbaycanı təmsil edən Səmra Rəhimliyə evlilik təklifi edilib. ANS PRESS-in məlumatına görə, bu barədə müğənni özü sosial şəbəkələrin birində qeyd edib. 

Səmranın sözlərinə görə, ona evlilik təklifini yarışın açılış mərasimində Niderland Krallığından olan müsabiqə iştirakçısı Dauv Bob edib. Bu barədə azərbaycanlı iştirakçı öz şəxsi səhifəsində yazır: "Mən dünən Dauv Bobdan evlilik təklifi aldım. Sizcə, ona "hə" deyim?"

"Eurovision 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı bu gün keçiriləcək, həmyerlimiz yarışda 14-cü çıxış edəcək. İkinci yarımfınal mayın 12-də, final isə 14-də baş tutacaq. Səmra Rəhimli müsabiqədə ölkəmizi "Miracle” mahnısı ilə təmsil edəcək.

 

“Eurovision 2016” müsabiqəsinin təmtəraqlı açılış mərasimi mayın 8-i İsveçinpaytaxtı Stokholmda baş tutub. Mərasimdə 61 ölkənin təmsilçisi qırmızı xalça üzərindən keçib. Mərasimi ötən il İsveçi təmsil edən və birinci olan Mans Zelmerlou və müsabiqənin aparıcısı Petra Mede açıb.

Mərasimdə təmsilçimiz Səmra Rəhimli qırmızı xalçadan 23-cü olaraq keçib. Yaşıl sinə dekolteli libası ilə diqqət çəkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb.

Daha əvvəl isə Səmra Rəhimlinin rus təmsilçisi Sergey Lazarevlə səmimi fotoları yayılmışdı.

Rusiyanı “Eurovision” musiqi yarışında təmsil edən 33 yaşlı müğənni Stokholmda parklardan birində görüşərək gəzintiyə çıxdığı 21 yaşlı Səmraya qolbaq hədiyyə edib. 

Səmra Rəhimli və Sergey Lazarev
Səmra Rəhimli və Sergey Lazarev

 

Şərhlər

Çox oxunanlar