Azərbaycan “Eurovision”a görə nota verdi

11.05.2016 20:49     Artreaksiya     1743

Nümayəndə heyətinin rəhbəri Şaiq Məmmədov: "Ermənilərin bu təxribatı “Eurovision”a təhqirdir".

"İctimai televiziya "Eurovision" mahnı müsabiqəsində baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib. Gözləmək lazımdır, görək birliyin cavabı necə olacaq". Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki nümayəndəliyinin rəhbəri Şaiq Məmmədov deyib.

O qeyd edib ki, istənilən halda ermənilərin tanınmamış, separatçı rejimin bayrağını zalda dalğalandırması "Eurovision"un qaydalarına ziddir. O deyib ki, ermənilərin bu təxribatı “Eurovision”a təhqirdir və komitənin qərarı yaxın vaxtlarda bilinəcək. 

İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov ötən gün də erməni nümayəndə heyətinin qondarma DQR bayrağını dalğalandırdığına görə etirazını bildirib.

Ötən gecə Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışmanın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

İsveçin nüfuzlu gündəlik nəşrlərindən biri olan “Expressen” qəzeti də erməni təxribatını manşetə çıxarıb. 

“Expressen” qəzeti erməni təxribatından yazıb
“Expressen” qəzeti erməni təxribatından yazıb

Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib ki, çox aydın şəkildə öz siyasətlərini ifadə ediblər və siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirlər.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu, artıq bir cinayət ola bilər". 

Qondarma rejimin bayrağı
Qondarma rejimin bayrağı
Səmra Rəhimli "Miracle" mahnısını "Eurovision 2016"da ifa edib

 

Şərhlər

Çox oxunanlar